Göyçayda yolu keçən piyadanı maşın vurub öldürdü Yeni Sabah

10.11.2024

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 9-da axşam saatlarında Göyçayda qəza baş verib.

Yenisabah.az xəbər verir ki, Mallı-Şıxlı kəndi ərazisində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 2003-cü il təvəllüdlü piyada Fərid Seyidovu vurub.

Seyidov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью