Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakini Mirzəxan Tahir oğlu Həmidov idarə etdiyi "Hyundai H100" yük avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı ehtiyatsızlıqdan vurub. Nəticədə Gülşən Həmidova aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli