Göyçaydakı stadionda ölüm hadisəsi baş verdi

23.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göyçay rayonunda stadionda ölüm hadisəsi baş verib.

Sportal.az xəbər verir ki, rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov səhər saatlarında stadiona gedib.

O, idman edərkən özünü pis hiss edib. Dərhal hadisə yerinə həkim gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью