Göyçayın Çərəkə komandası AFFA U 11 Liqasından kənarlaşdırıldı

12.11.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Turnirdə keçirilməsi planlaşdırılan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

Bu hal üçüncü dəfə təkrarlandığından "Çərəkə" U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью