Göyçaylı həkim İran xəstəxanasında vəfat ETDİ

01.11.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göyçayda 31 yaşlı stomatoloq ağır xəstəlikdən vəfat edib.

Redaktor.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birində həyatını itirib.

Rayonda diş həkimi kimi tanınan mərhum subay idi. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью