Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü VİDEO

22.06.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Göyçə gölü ətrafında qanunsuz tikililərin sökülməsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Prokurorluğunun yaydığı məlumata görə, Göyçə gölünün səviyyəsinin mütləq 1905 metr nişanından aşağı yerləşən 60 torpaq sahəsində 162 bina və tikili sökülüb.

Qurum bildirib ki, qanunsuz tikililərin sökülməsi ilə bağlı işlər prokurorluğun vəsatətləri əsasında davam etdirilir.

Açıqlamada vətəndaşların “əgər bu binaları sosial cəhətdən həssas ailələrə vermək mümkündürsə, niyə sökürsünüz?” sualına da cavab verilib. Qeyd olunub ki, həmin ərazilər sahilyanı mühafizə zonasına daxildir və gələcəkdə su altında qala bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью