Göyçədə erməni hərbi hissəsində yanğın baş verdi

19.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yeməkxanasında yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, yanğının baş vermə şəraiti, eləcə də dəymiş maddi ziyanın həcmi müəyyənləşdirilir.

Erməni mediası isə yeməkxananın bərbad vəziyyətdə olduğunu, yanğının qarşısını almağın mümkünsüzlüyünü yazıb və qeyd edilib ki, yanğın tikilini külə çevirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью