“Göydən daş yağır” Sac İnşaat dan ŞİKAYƏT VİDEO

09.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bina tikintisi zamanı daş və taxta parçaları evlərin üzərinə düşüb...

Bakıvaxtı.az xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər Abşeron rayonu Xırdalan şəhəri Tofiq Hüseynov küçəsindəndir.

Sakinlər deyirlər ki, yuxarı mərtəbədən düşən daş və taxta parçası onların mənzillərinə ciddi ziyan vurub. Onlar iddia edirlər ki, "Sac İnşaat" və "Sac 2015" MTK tərəfindən aparılan tikinti zamanı təhlükəsizlik qaydalarına lazımi səviyyədə əməl olunmur:

Sakinlərin sözlərinə görə, ötən gün baş verən hadisə isə onların narahatlığını daha da artırıb. Belə ki, evdə tək yaşayan qadın səs-küyə görə həyətə çıxarkən tikinti aparılan ərazidə qazılmış quyuya düşüb. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью