Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Adətən şəhər mühitində zərərsiz görünən göyərçinlər əslində insan sağlamlığı üçün nəzərəçarpacaq risklər yarada bilər.
Onların yaydığı xəstəliklər səbəbindən bu quşlara bəzən "uçan siçovullar" adı verilir.
Milli.Az xəbər verir ki, bu barədə rus alimlər araşdırma edib.
Araşdırma əsasında məlum olub ki, göyərçinlər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısıdır.
Onların yaydığı infeksiyalar arasında salmonellyoz, kampilobakterioz və listerioz kimi təhlükəli xəstəliklər var.
Bu infeksiyalar ümumiyyətlə bənzər simptomlarla müşahidə olunur: halsızlıq, qızdırma, ürəkbulanma, baş ağrısı və həzm sistemi ilə bağlı problemlər.
Xüsusilə diqqət çəkən odur ki, salmonellyoz sinir sisteminə zərər verə bilər, listerioz isə hamilə qadınlar üçün ciddi təhlükə daşıyır.