Göyərtəsəində 280 sərnişin olan gəmi yandı VİDEO

20.07.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu gəmidə yanğın baş verib, azı 4 nəfər ölüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Talaud rayonu limanından Manado limanına doğru hərəkət edən "Barselona 5" gəmisi İndoneziya sularında Talise adası yaxınlığında alovlanıb. İlkin məlumata görə, yanğın gəminin aşağı göyərtələrində başlayıb və sürətlə yayılıb.

Sosial şəbəkələrdə yanan bərənin görüntüləri yayılıb. İnsanlar təşviş içində dənizə atılır. 130 nəfərin taleyi məlum deyil.

Yanğının səbəbi barədə məlumat verilmir.

Xilasetmə əməliyyatında yerli balıqçılar və yoldan keçən gəmilər iştirak edir. Təxliyə edilənlərin dəqiq sayı barədə hələlik məlumat yoxdur.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью