Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kemerovo vilayətinin Novokuznetsk rayonu ərazisində 5 sərnişini olan gəmi qəzaya düşüb. 3 nəfər itkin düşüb, iki nəfər isə özləri üzərək sahilə çıxıb.
Milli.Az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.
"Novokuznetsk rayonunda beş nəfəri olan gəmi qəzaya uğrayıb. Göyərtədə olanlardan iki nəfər özləri sahilə çatıb, qalan üç nəfərin taleyi hələ məlum deyil", deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha öncə də oxşar hadisə baş vermişdi. Ladoj gölündə, Sankt-Peterburq yaxınlığında bir mühərrikli qayıq çevrilmişdi. Qayıqda üç nəfər var idi - iki kişi həlak olub, bir nəfər isə xəsarət alıb və xəstəxanaya aparılıb.
Kənan
Milli.Az