Göyərtəsində 267 nəfər olan Cənubi Koreya gəmisi qayalıq ərazidə ilişib qalıb

19.11.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Cənubi Koreyaya məxsus sərnişin daşıyan gəmi Canqsando adasına yaxınlığında quru ərazinin üzərinə çıxıb.

APA Cənubi Koreya mətbuatına istinadən xəbər verir ki, “Kraliça Genubia 2” adlanan gəminin göyərtəsində ekipajla birlikdə 267 nəfər olub.

Məlumata görə, gəmi Canqsando adasına yaxınlaşarkən qayalıq əraziyə keçib və həmin bölgədə ilişib qalıb.

Xəsarət alanların olması barədə məlumat yoxdur.

Hadisənin baş verdiyi yerdə xilasetmə işləri aparılır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью