Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Filippinin cənubunda Basilan əyalətindəki Baluk adası yaxınlığında “Trisha Kerstin 3” sərnişin bərəsi batıb.
Xarici KİV-lər xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 43 nəfər itkin düşüb. Basilan əyalətinin qubernatoru Mujiv Hatamanın sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı 317 nəfər xilas edilib. Xilasedicilər sağ qalanların axtarışını davam etdirirlər.