Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İndoneziyada Cənubi Borneo əyalətində göyərtəsində iki ekipaj üzvü və altı sərnişin olan helikopter radardan itib.
Bu barədə Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir.
"Helikopter Cənubi Borneo əyalətinin Manteve bölgəsində radardan itib", - xilasetmə agentliyinin rəhbəri İ Putu Sudayana bildirib.
Xilasetmə xidmətləri hadisə yerində helikopterin axtarışlarının aparıldığını bildiriblər.