Göyərtəsində azərbaycanlılar olan gəmi dron hücumundan sonra... Video

15.07.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Xəbər verdiyimiz kimi, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olan Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən gəminin hücumdan sonra çəkilmiş kadrları sosial mediada yayılıb.
Sahildən çəkilmiş kadrlarda gəminin yandığı görünür.
Həmin görüntüləri təqdim edirik:

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi


Qeyd edək ki, Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı məlumatda, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvlərinin Odessa şəhərində sahilə çıxarıldığı qeyd olunub.
Bildirilib ki, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir və gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью