Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Bəzi vətəndaşlar son günlər bazar və marketlərdə satılan meyvə-tərəvəzlərin keyfiyyəti ilə bağlı narahatlıqlarını bölüşüblər.
Milli.Az-ın məlumatına görə, iddia olunub ki, alınan məhsulların dadı və qoxusu normal deyil.
Belə ki, sakinlərin sözlərinə görə, alınan göyərtilərdən benzinə bənzər kəskin tam hiss olunub. Eyni hal limonda da müşahidə edilib. Limondan isə balıq dadı gəlib.
Həmçinin qeyd olunub ki, hər yerdə qara çörək satılsa da, açıq şəkildə qara un tapmaq mümkün deyil.
Vətəndaşlar qeyd edir ki, əgər qara un satışda yoxdursa, çörək istehsalçıları bu unu haradan əldə edirlər? Onların fikrincə, bəzi hallarda qara çörək adı altında satılan məhsullar əslində adi ağ çörəkdən ciddi şəkildə fərqlənmir, sadəcə rəngi tünddür.
Mina Mikayılova
Milli.Az