Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının 55 illiyi qeyd ediləcək

05.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutacaq.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlərin ifasında mahnılar, rəqslər təqdim olunacaq.

Konsert 25 dekabr saat 19:00-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью