Göygöl Milli Parkının ərazisinin hasarlanması ilə bağlı Açıqlama

20.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Göygöl Milli Parkı ərazisinin hasarlanması barədə sosial şəbəkələrdə iddialar yayılıb.

Axşam.az xəbər verir ki, yayılan məlumatlarda hasarlama işi ilə bağlı “Fige” MMC ilə müqavilə bağlandığı bildirilib.

Qeyd edilib ki, müqavilənin ümumi dəyəri 24 min 42 manat təşkil edir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işləri həyata keçirilir:

“Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью