Göygöl: Mollacəlilli kəndində səyyar qəbul

08.04.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Mollacəlilli kəndində sakinlərlə səyyar qəbul keçirib. Görüşdən əvvəl kənddə yerləşən şəhidlərin xatirə abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla anılıb.      

Səyyar qəbulda rayon polis şöbəsinin rəisi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, həmçinin bələdiyyə və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.    

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.     

Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.    

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью