Göygöl rayon sakinləri qanunsuz saxladıqları silahları polisə təhvil veriblər AZƏRTAC

23.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöl, 23 yanvar, AZƏRTAC

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 12 tüfəngi könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью