Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İlqar Daşdı Müzəffəroğlu, AJB-nin üzvü Bu günlərdə Göygöl rayonunda Aşıq Şəmşir (1893-1980) adına musiqi məktəbində, Göygöl rayon Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə Prezident mükafatçısı, zəmanəmizin böyük şairi Aydın Hacıyev Murovdağlı ilə geniş şəkildə görüş tədbiri keçirildi.
Tədbirdə Göygöl Ziyalılar Cəmiyyətinin sədri Elnur Musayev ilk olaraq çıxış edib tədbirin açılışını elan etdi.
O, çıxışında tədbir iştirakçılarına xoş gəldin edərək, tanışlıq məqsədi ilə sözü səbəbkar Aydın Murovdağlıya verildi.
Şair Aydın Murovdağlı öz həyat və yaradıcılığı haqqında görüş iştirakçıları qarşısında geniş şəkildə çıxış etdi.
Sonra ziyalılar ardıcıl olaraq şairin keçdiyi həyat yoluna və yaradıcılığına öz münasibətlərini bildirdilər.
Sıralamada ziyalılardan müəllimə Dilarə Qazıyeva ilk söz alanlardan oldu.
O, şairin «Bu dünya məndən başlayır» şeirini sətir-sətir təhlil edərək öz müsbət münasibətini bildirdi.