Göygöl rayonunda iki azyaşlı suda boğuldu YENİLƏNİB

11.06.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Göygöl rayonunda 2 nəfər göldə batıb.

Redaktor.az xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir (APA).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью