Göygöl sakini Murovdağdan yıxıldı

02.06.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Murovdağ silsiləsi adlanan ərazidə qeydə alınıb. Belə ki, Göygöl rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X. Ömərov sözügedən dağ silsiləsindən ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun sağ ayağının ombadan sınığı diaqnozu qoyulub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью