Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az-ın xəbərinə görə, buna səbəb səhmdar cəmiyyətinin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin uzadılması və cəmiyyətin fəaliyyəti ilə bağlı digər texniki
məsələlərin həllidir.
Yığıncaq cari ilin noyabrın 6-da baş tutacaq.
“Göygöl Şərab Zavodu” ASC 16 sentyabr 2005-ci il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.
Zavod hazırda vodka, şərab, brendi (konyak) və şampan istehsal edir. Onun brendlərinə “Göygöl”, “Xan” və “Qarabağ” kimi brendlər daxildir.
Könül