Göygöldə 2 VAZ toqquşdu 1 nəfər xəstəxanalıq oldu

24.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Gəncə şəhərinin Savalan yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
İlkin versiyaya əsasən hərəkətdə olan iki “VAZ-2106” markalı avtomobillər  toqquşub.
Qəza nəticəsində 1980-ci il təvəllüdlü İntiqam Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. 
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью