Göygöldə 20 yaşlı gənc dərmandan zəhərləndi

10.06.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Ləman Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsindən sonra ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

İlkin məlumata əsasən, gənc qadın yaşadığı evdə dərmandan zəhərlənib.

Onun hansı şəraitdə və hansı səbəbdən zəhərlənməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью