Göygöldə 25 yaşlı qadın dərmandan zəhərləndi

23.11.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöldə qadın dərmandan zəhərlənib.

"Unikal"ın məlumatına görə, rayonun Nadil kənd sakini 2000-ci il təvəllüdlü S.İsayeva zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Dərhal gənc qadına tibbi yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 25 yaşlı qadın yaşadığı evdə həşaratlara qarşı istifadə olunan (qarışqa) dərmandan zəhərlənib. Qadının hansı şəraitdə zəhərlənməsi məlum deyil.

Fakt araşdırılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью