Göygöldə 35 yaşlı kişi mal bazarında yandı

16.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Göygöl rayonunda qəssab köməkçisi mal bazarında yanıb.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saatlarında baş verib.

Bazarda qəssab köməkçisi işləyən, Daşkəsən rayonunun Yuxarı Daşkəsən kənd sakini, 1990-cı il təvəllüdlü Vüsal Cəfərov iş yerində bir neçə kəsilmiş mal başını ütmək istəyib. O, keroqaza benzin tökərkən siqaret yandırıb və nəticədə əlindəki keroqaz və benzin qabı alışıb. Hadisə nəticəsində V.Cəfərovun hər iki əli və qolları yanıb.

O, təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью