Göygöldə 37 yaşlı kişi küçədə öldü

12.06.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Göygöl sakini küçədə dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə hadisə rayonun kəndlərinin birində baş verib.

37 yaşlı rayon sakini N.Budaqovun kənd ərazisində halı qəfil pisləşib. Dərhal təcili tibbi yardım birqadası çağırılıb.

Müayinə zamanı onun öldüyü məlum olub.

Ailəli N.Budaqovun ürəyində problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью