Göygöldə 43 yaşlı kişi dəm qazından boğularaq ölüb

21.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü R.Əliyev çalışdığı fermada dəm qazından boğulub.

Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью