Göygöldə 44 yaşlı qadını maşın vuraraq öldürdü

27.11.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Quşqara kənd yolunda baş verib. 
Hərəkətdə olan "Niva" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1980-ci il təvəllüdlü Rəqsanə Səfərovanı vurub.
Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью