Göygöldə ağır qəza, 1 ölü, 1 yaralı var

20.04.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Göygöldə ölümlə nəticələn ağır  yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü  R. İmanov hadisə yerində ölüb.

1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью