Göygöldə ağır qəza ölən var

16.12.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb.

VAZ-2121 ("Niva") avtomobilinin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью