Göygöldə ağır QƏZA: Sürücü xəstəxanalıq oldu

17.01.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazində hərəkətdə olan “VAZ” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb. 
 

Qəza zamanı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü E. Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır. 
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью