Göygöldə avtomobil ağaca çırpıldı Sürücü ağır yaralandı

29.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.


Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью