Göygöldə avtomobil aşıb, ölən var

16.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonum Çaykənd kəndi ərazisində qeydə alınıb. “Niva” markalı avtomobilin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan 2 nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью