Göygöldə avtomobil divara çırpılıb, ölən var

08.12.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qırıqlı kəndində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Ağır qəza zamanı 2003-cü il F.Quluzadə hadisə yerində həyatını itirib. 2009-cu il təvəllüdlü R.Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью