Göygöldə avtomobil piyadanı vuraraq öldürdü

27.11.2024

Manset saytına istinadən Icma.az xəbər verir.

Göygöl rayonunun Quşqara kənd yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manset.az Report-a istinadən xəbər verir ki, "Niva" markalı avtomobil 1980-ci il təvəllüdlü Rəqsanə Səfərovanı vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью