Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

27.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Göygöl rayonunun Quşqara kənd yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Niva" markalı avtomobil 1980-ci il təvəllüdlü Rəqsanə Səfərovanı vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью