Göygöldə avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var

26.11.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Göygöl rayonunda avtomobil qəzası nəticəsində qaz xətti sıradan çıxıb, bir nəfər ağır xəsarət alıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində sürücü, 1968-ci il təvəllüdlü N.Cəfərov ağır xəsarət alıb.
 

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.


Qeyd edək ki, hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью