Göygöldə avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

26.11.2024

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göygöl rayonunda avtomobil qəzası nəticəsində qaz xətti sıradan çıxıb, bir nəfər ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində sürücü, 1968-ci il təvəllüdlü N.Cəfərov ağır xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Qeyd edək ki, hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью