Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Göygöldə yük və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, fevralın 15-də saat 18:40-da Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan bir nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"2010-cu il təvəllüdlü gəncə aşıq sümüyünün sınığı, gözün və göz yuvasının digər travmaları diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin