Göygöldə canavar gündüz vaxtı kəndə girdi Video

14.05.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöl rayonunun Topalhəsənli kəndində gündüz vaxtı canavar görünüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, kəndə qonaq gedən Ziya Məmmədov onu öz mobil telefonuna çəkib.

O deyib: "Canavarı görüb avtomobili saxladım. Təxminən 7-10 saniyə mənə baxdı. Daha sonra isə avtomobili yenidən işə saldığımı görüb oradan uzaqlaşdı".

Məlumat üçün bildirək ki, Göygölün Topalhəsənli kəndi əsasən sıx meşəlikdən ibarətdir. Həmin görüntüləri təqdim edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью