Göygöldə eyni anda iki yol qəzası baş verib, xəsarət alanlar var

10.07.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göygöl rayonunda eyni vaxtda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hər iki qəza rayon ərazisində baş verib. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью