Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Sərbəst güləş üzrə milli komandamız sabahdan Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verəcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək. Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və Arif Abdullayevin rəhbərliyi altında İslam Bazarqanov, Hüseyn Hüseynov (hər ikisi 57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə, Əli Rəhimzadə (hər ikisi 65 kq), Kənan Heybətov, Zirəddin Bayramov (hər ikisi 70 kq), Turan Bayramov, Musa Verdiyev (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev, Abubakr Abakarov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, Osman Nurmaqomedov (hər ikisi 97 kq), Giorgi Meşvildişvili və Yusif Dursunov (hər ikisi 125 kq) iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında dünya çempionatı keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ