Göygöldə hamilə qadın və uşağı doğuşda öldü | Icma.az
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Göygöldə qadın xəstəxanada ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq hamiləliklə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin qadın və onun bətnindəki qız bir neçə dəqiqdən sonra xəstəxanada ölüb.
Yaxınlarının verdiyi məlumata görə N.Cəbrayılova hamiləlik dövründə daim mərkəzi xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.
Faktla bağlı araşdrıma aparılır. Qeyd edək ki, dünyasını dəyişən N. Cəbrayılova əslən Kəlbəcər rayon sakinidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu