Göygöldə iki mikroavtobus toqquşdu

09.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Göygöldə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki mirkoavtobus toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью