Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./APA