Göygöldə ikimərtəbəli evdə güclü yanğın olub VİDEO

27.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Göygöldə güclü yanğın hadisəsi qeydə alınıb. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə rayonun Qırıqlı kəndində kənd sakininə məxsus ümumi sahəsi  220 kv metr olan iki mərtəbəli 8 otaqlı evdə yanğın başlayıb. 
Əraziyə FHN-nin Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin yanğın söndürən texnikaları və briqadaları cəlb olunub.
 

Hadisə zamanı ümumi sahəsi 220 m² olan zirzəmidən ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 130 m² olan talvarın taxta atmaları və bitişik tikilinin damına yığılan 300 kiloqram ot bağlaması yanıb. Tikili və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. 


Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью