Göygöldə kişi bıçaqlandı

04.06.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göygöl rayon sakininə kəsici alətlə xəsarət yetirilib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qırıxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1970-ci il təvəllüdlü Murad Mehdili kürək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal həmin şəxsə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Onun hansı səbəbdən xəsarət alması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью